Dollar sürətlə bahalaşmağa başladı, mühüm iclasa saatlar qaldı
Xeberler 1 140

Dollar sürətlə bahalaşmağa başladı, mühüm iclasa saatlar qaldı

Dollar sürətlə bahalaşmağa başladı, mühüm iclasa saatlar qaldı


Dollar ABŞ Mərkəzi Bankının (Fed) iclasına saatlar qala bahalaşmağa başlayıb.

May.Az-in məlumatına görə, Fed konfransı bu gün başlayacaq, faiz qərarı isə sabah açıqlanacaq. Son açıqlanan iqtisadi məlumatlar faiz artımını dəstəkləməyib.

Nüfuzlu "Bloomberg" agentliyinin apardığı sorğuya görə, bu ay faiz artımı ehtimalı 15% civarındadır. Dekabr ayı üçün isə bu nisbət 54% olaraq müəyyən edilib.

Bəzi mütəxəssislər hesab edir ki, Fed sədri Canet Yellen dolların uçot dərəcəsi ilə bağlı qərardan sonra təşkil edəcəyi mətbuat konfransında artım siqnalı verə bilər. Yəni, gözlənilir ki, Fed sədri yaxın gələcəkdə artım ehtimalının mümkün olacağını söyləyəcək.

Hazırda bütün dünyada böyük səbirsizliklə dolların uçot dərəcəsi ilə bağlı yekun qərar gözlənilir.

Şahin Həbibov

Son xəbərlər