17
сентября
2016
12:22
Bakıda qadınlar əlbəyaxa oldu
Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.
Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinə müraciət edən 1968-ci il təvəllüdlü Seyfullayeva Nazilə Böyükağa qızı bildirib ki, sentyabrın 14-də saat 15:30 radələrində Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Gülbəniz adlı qadının hücumuna məruz qalıb və həmin qadın onu döyüb. Şikayətçi əlavə edib ki, Gülbənizi daha əvvəldən tanıyır və məhkəmədə şahidlik etdiyi üçün onun qəzəbinə tuş gəlib.
Müraciət əsasında araşdırma aparılır.