18
декабря
2019
13:50
Bu il daha çox oğlan uşaqları doğulub
Cari ilin yanvar-oktyabr ayları ərzində 4 dəfə dördəm körpə doğulub.
on3.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulub.