Azərbaycanda sürücü qadınların sayı artıb
Avtomobil 987

Azərbaycanda sürücü qadınların sayı artıb

Azərbaycanda sürücü qadınların sayı artıb


Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub.

2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər idi.

Son beş ildə qadınlar ən çox sürücülük vəsiqəsini 2013-cü ildə əldə ediblər. Həmin il vəsiqə əldə edən qadınların sayı 11 166 nəfər olub.

Son beş ildə kişilər arasında daha çox sürücülük vəsiqəsi də 2013-cü ildə (237 231 nəfər) alınıb.

Son xəbərlər