Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...
Hadisə 869

Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...

Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...


Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

May.Az savash.org-a istinadən bildirir ki, ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 uşaq bezi.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.

Oxşar xəbərlər

Son xəbərlər