05
ноября
2019
14:24
Polis və DTX əməliyyat keçirdi – Sərhədi keçərkən tutuldu
Paytaxtın Nizami rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxs ölkədən qaçarkən tutulub.
MAY.AZ xəbər verir ki, noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olun.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilin, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilin.
Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.