Aprel döyüşləri Putinin qərarını dəyişdi
Xeberler / Siyasət 1 116

Aprel döyüşləri Putinin qərarını dəyişdi

Aprel döyüşləri Putinin qərarını dəyişdi


"Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın üzvlüyünün müzakirəsinin təxirə salınmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasıdır.

"Avrasiya İttifaqına daxil olmaq üçün növbədə Tacikistan dayanır. Yəqin ki, Tacikistan yaxın vaxtlarda İttifaqa daxil olacaq. Amma Bakı və İrəvan arasında gərginliyin artması Azərbaycanın İttifaqa üzvlüyünün təxirə salınması ilə nəticələnib”. Lepexinin deyib ki, Avrasiya ittifaqına daxil olan dövlətlər arasında millətlərarası münaqişə yoxdur.

Ötən ilin sonlarında Azərbaycanın da bu İttifaqa daxil olacağı ilə bağlı məlumatlar yayılmışdı. 2015-ci ilin oktyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında demişdi ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna edilmir.

Daha sonra isə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirimişdi ki, biz ilk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik.

Dekabrın sonlarında isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə bağlı ilkin şərtləri açıqlamışdı. E.Məmmədyarov Ermənistanın işğala son qoyacağı halda İttifaq ölkələri ilə Azərbaycanın ərazisi ilə əlaqə qura bilmək imkanı qazanacağını vurğulayıb.

29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər.

Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvlük barədə müqavilə imzalayıb. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfra endirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var. İttifaqda ən aparıcı rol Rusiyaya məxsusdur.

Son xəbərlər