10
июня
2016
14:19
14 yaşlı qıza təcavüz edən kişi: "Orucluyam, bu barədə danışmaq istəmirəm"
Antaliyada tanış olduğu 14 yaşındakı əqli qüsurlu qızla dəfələrlə cinsi əlaqəyə girən şəxs saxlanılıb.
May.Az-in məlumatına görə, 44 yaşındakı şəxs bu əməllərinə görə 23 il 8 ay azadlıqdan məhrum edilib. Kayseridə qeydə alınan hadisə hər kəsi heyrətləndirib.
İstintaq araşdırmasına görə, şübhəli A.B., zərər çəkmişlə Antaliyada bir kafedə tanış olub. Antaliyada bir evə gedən cütlük bir müddət oturub. Daha sonra şübhəli razılıq əsasında zərər çəkmişlə cinsi əlaqəyə girib. Daha sonra zərər çəkmiş qızla Kayseriyə gələn şübhəli, böyük qardaşının evinə yollanıb. Burada da 15 yaşından kiçik qız uşağı ilə dəfələrlə cinsi əlaqəyə girən şəxs polisə edilən şikayətdən sonra saxlanılıb.
Şübhəli A.B. məhkəmədə dindirilmə zamanı özünü müdafiə edib: "Bu mübarək gündə orucluyam. Ağlım o qədər qarışıqdır ki, nə deyəcəyimi, nə söyləyəcəyəmi bilmirəm. Yaşının kiçik olduğunu bilmirdim. Azad olunmağımı tələb edirəm".
Şübhəlinin qardaşı isə böyük qardaşının Antaliyadan bir qız ilə gəldiyini və onunla evlənəcəyini düşünüb.
Məhkəmə heyəti mühakimədən sonra şübhəli A.B.-yə tutduğu əməllərə görə 23 il 8 ay həbs cəzası verib.