19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Elnarə onları bazardakı "ucuz məhsullara" bənzətdi

Elnarə onları bazardakı "ucuz məhsullara" bənzətdi
Elnarə onları bazardakı "ucuz məhsullara" bənzətdi


"Dəyişməyi sevən adamam. Obraz olaraq yeni heç nə etmirəm. Özüm-özümü təkrarlayıram. Əslində bunlar mənim üçün şablon obrazlardır. Amma tamaşaçı buna öyrəşib. Anladım ki, tamaşaçı məni əvvəl necə görübsə, elə də görməyi arzulayır. Problem odur ki, mən özüm-özümdən tez yoruluram. Bir obrazda çox qala bilmirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Son günlər tez-tez görünüşündə dəyişiklik edən sənətçi gənc ifaçıların öz üzərlərindən işləməməsindən danışıb:

"İndiyənə qədər mənim yerimi dolduran, o yaşda həmin obrazı yarada bilən xanım olsaydı, məndən vaz keçərdilər. Yerim boş qalıb deyə, mənə doldurtdurublar. Gənclərimiz kifayət qədərdir. Amma gənc Elnarə Xəlilovanın etdiklərini edə bilmirlər. Əslində, indi gənclərin fərqlənməsi, maraqlı obrazlar yaratması asandır. Onlara nə var ki, bir göz gələmi, dodaq boyası ilə gözəl görünürlər.

Bizim yaşda isə yaxşı görünmək üçün saatlarla salonda otururq. Təəssüf edirəm ki, gənc Elnarənin yaratdıqlarını heç kim yarada bilmir.

İndiki istedadlı, gənc müğənnilər nədənsə, özlərini daha ağır, yaşından böyük obrazda göstərməyə çalışırlar".

Xəlilova son günlər gündəmdən düşməyən "trend" mövzusuna da toxunub:

"Kəmiyyət və keyfiyyətlə bağlı bir dəfə bu sözü dedim: bir bolluq bazarı görürük, üstünə ucuzluq yazılıb. Kəmiyyət nə qədər istəsən, amma keyfiyyət yox. Orada insanlar qaynayır. Bahalı, brilyant olan mağazanın yanından keçin. Orada barmaqla sayıla biləcək insanlar görərsiz. Bu da eynidir, dəyərli, keyfiyyətli, bahalı olanın müştərisi çox ola bilməz. Bizi ancaq sayılıb-seçilən təbəqə izləyəcək. Trendə düşən ucuz mahnıları isə kütlə izləyir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница