Суббота
июл 23

Sumqayıt-Bakı qatarı yolda qaldı

Sumqayıt-Bakı qatarı yolda qaldı



Bu gün səhər saatlarında Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.

Saat 08:00-da Sumqayıtdan yola düşən qatar 08:40-da Bakıya çatmalı olduğu halda 40 dəqiqə gecikib.

Qatarın gecikməsi sərnişinlərin narahatçılığına səbəb olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov azvision.az-a açıqlamasında bildirib ki, qatarın gecikməsinə texniki nasazlıq səbəb olub.

"Bakı-Biləcəri-Keşlə mənzilində 665 nömrəli Böyük Kəsik qatarında texniki nasazlıq olub. Sumqayıt-Bakı qatarının gecikməsi bilavasitə həmin nasazlıqla bağlı olub. Bakı-Biləcəri-Keşlə mənzili boş olmadığı üçün Sumqayıt-Bakı qatarı əks yolla hərəkət edib. Bu səbəbdən gecikmə olub".

Комментарии (0)

Оставить комментарий