22
июля
2019
13:04
18 nəfər təcili yardıma müraciət edib
Son 3 gün ərzində "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına 18 nəfər müraciət olub.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü Kristal Holl, 1-i İdman Akademiyasına, 1-i Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən mərkəzindən olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1 nəfər 3 saylı şəhər klinik xəstəxanasınə çatdırılıb. Qalanlarına yerində yardım göstərilib. Onlardan 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.