09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

İsti gələcək: 2024-cü il bütün temperatur rekordlarını qırır

İsti gələcək: 2024-cü il bütün temperatur rekordlarını qırır

2024-cü il müşahidələr tarixində ən isti il olacaq və ilk dəfə olaraq qlobal orta temperaturun sənayeləşməyə qədərki səviyyəsini 1.5°C keçəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının "Kopernik" İqlim Dəyişikliyi Müşahidə Xidmətindən bildirilib.

O da vurğulanıb ki, 2024-cü ilin yayı da müşahidələr tarixində ən isti yay olub. İyun-avqust aylarında orta temperatur 1991-2020-ci illər dövrü üçün qəbul edilmiş normadan 0.69°C yüksək olub. 17 iyulda ortagünlük qlobal temperatur 17.16°C-yə çataraq əvvəlki maksimumu 0.07°C üstələyib.

İqlimşünaslar bu rekordları 2024-cü ilin ortalarına qədər gözlənilən və dünya miqyasında temperaturların artmasına səbəb olan El-Ninyo hadisəsinin təsiri ilə əlaqələndirirlər.

Lakin ekspertlər qeyd edirlər ki, belə rekord göstəricilər insan fəaliyyətindən qaynaqlanan qlobal istiləşmə tendensiyasının yalnız bir hissəsidir. Onlar xəbərdarlıq edirlər ki, əgər istixana qazı emissiyalarının azaldılması üçün təcili tədbirlər görülməzsə, bu cür ekstremal temperatur hadisələri güclənəcək və ekosistemlərlə bəşəriyyət üçün dağıdıcı nəticələrə səbəb olacaq.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница