17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Politloq: "Durovun davranışı şübhəlidir"

Politloq: "Durovun davranışı şübhəlidir"

Pavel Durovun Fransa hakimiyyəti ilə əməkdaşlıq etmək və hüquq-mühafizə orqanlarına telefon nömrələri vermək niyyəti şübhəli görünür.

Oxu.Az "Izvestiya"ya istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin keçmiş zabiti və politoloq Skott Bennet çıxış edib.

Politoloq şübhələrini onunla əsaslandırıb ki, "Telegram"ın təsisçisi dindirilmə prosesinin heç bir təfərrüatını açıqlamayıb və hazırda harada olduğunu da qeyd etməyib.

"Düşünürəm ki, o, tam səmimi deyildi. O, nə cinayət işi, nə qərar, nə də hələ də ev dustaqlığında olub-olmaması barədə heç nə deməyib. O, bunun kompromis olub-olmadığını açıqlamayıb. O, sadəcə olaraq, bəhanəsini onunla əsaslandırdı ki, guya Fransa hakimiyyətin ondan tələb etdiklərini yerinə yetirir", - deyə Skott Bennet vurğulayıb.

Xatırladaq ki, ötən gün "Telegram"ın həmtəsisçisi Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, bundan sonra "Telegram" mesenceri qaydalarını pozan şəxslərin IP ünvanları və telefon nömrələri əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница