UEFA Çempionlar Liqası: II turun ilk oyun gününün ən yaxşı futbolçuları bəlli olub
2-10-2024, 09:45
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Sparta Praqa" - "Zalzburq" matçının ən yaxşı oyunçusu Filip Panak, "Boloniya" - "Şaxtyor Donetsk" görüşünün ən yaxşısı isə Mikola Matviyenko seçilib.
Gecənin ən məhsuldar görüşü olan "Seltik" - "Slovan Bratislava" qarşılaşmasında fərqlənən futbolçu isə Liam Skeylz olub.
"Klub Brügge" - "Borussiya Dortmund" qarşılaşmasının ən yaxşısı Ceymi Qittens, hesabın açılmadığı "Mançester Siti" - "İnter" görüşünün ən yaxşısı isə Nikolo Barella seçilib.
PSJ - "Jirona" görüşündə fərqlənən futbolçu isə Nunu Mendeş olub.
Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyunlarına bu gün keçiriləcək altı görüşlə yekun vurulacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
2-10-2024, 09:45
20-09-2024, 08:37
18-09-2024, 07:25
19-09-2024, 11:07
20-09-2024, 11:31