17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Pulu olanlar suyu çəkib aparır, olmayanlar isə QIRAQDAN BAXIR - VİDEO

Pulu olanlar suyu çəkib aparır, olmayanlar isə QIRAQDAN BAXIR - VİDEO

Ağcabədi rayonunun Sarıcalı kəndində 4 ədəd artezian quyusu olsa da su problemi yaşanır. Kənddə avtomobili olan öz maşını ilə, olmayanlar isə piyada bir neçə kilometr yol gedərək əl arabası ilə su gətirməli olur. Sarıcalı sakinləri həyətyanı sahələrin suvarılmasında böyük çətinlik çəkirlər. Uzun illərdir kəndin su problemini həll edən yoxdur.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı sakinlər "Apa TV"yə müraciət edib:

"Kənddə su sistemi sıfıra bərabərdir. İstər həyətyanı sahə, istərsə də içməli su. Kəndin 4 yerində artezian quyusu var. Oda işıq olarsa işləyir. İşıq olmasa həmin quyularda belə su olmaz. Şikayətimizə baxmırlar. 6-7 ay üzərindən keçib. Hələ indi deyirlər ki, şikayətinizə baxıldı. Suyumuz zəif gəlir. Kənd susuzluqdan yanır. Pulu olanlar motor çəkib aparır, olmayanlar bizim kimi qıraqdan baxır".

Dəfələrlə müraciət etsələr də, nəticə əldə edə bilməyən sakinlərin probleminin həlli üçün aidiyyəti qurumlara müraciət ediblər.

Ətraflı "Apa TV"nin süjetində:




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница