30
июля
2024
12:02
İranın yeni prezidenti "Hizbullah"ı dəstəklədiyini bəyan edib
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Fələstinin radikal "İslami Cihad" qrupunun baş katibi Ziyad əl-Nəhxali və Livanın "Hizbullah" partiyasının sədr müavini Şeyx Nəim Qasim və "Ənsər Allah"ın nümayəndəsi ilə görüşlər keçirib.
Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, görüş zamanı Pezeşkian Tehranın İsraillə qarşıdurmada onlara dəstək olmağa davam edəcəyini bildirib.
"Müqavimət cəbhəsini dəstəkləmək dini bir vəzifədir və İran siyasətinin əsas prinsiplərindən biridir", - o bildirib.
Danışıqlar İranın paytaxtında İslam Respublikasının yeni icra prezidentinin andiçmə mərasimi ərəfəsində baş tutub.