20
июля
2024
10:06
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 20-si saat 11:00-a olan faktiki havaya əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.
Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.
Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.