AVRO-2024-ün ən yaxşı 10 qolu açıqlandı
İdman 7

AVRO-2024-ün ən yaxşı 10 qolu açıqlandı

Fabio Kapello, Rafa Benites, Frank de Bur, Ule Qunnar Sulşer və ispan Aytor Karanka kimi nüfuzlu adlardan ibarət olan münsiflər heyəti AVRO-2024-də vurulmuş ən yaxşı 10 qolun seçimini edib.

Məlumata görə, Türkiyə millisinin iki futbolçusu Arda Güler və Mert Müldür də bu mötəbər siyahıya daxil olmaqla böyük uğura imza atıblar.

Siyahıya isə 17 yaşlı ispaniyalı ulduz futbolçu Lamin Yamal başçılıq edir. Onun Fransa seçməsi ilə yarımfinal mərhələsində vurduğu qol ən yaxşı seçilib.

Cud Bellinqemin Slovakiyaya vurduğu qolla ikinci, Cerdan Şakiri isə Şotlandiya ilə vurduğu bərabərlik qolu sayəsində üçüncü olublar.

Qeyd edək ki, Arda Güler və Mert Müldür Gürcüstan seçməsi ilə görüşdə vurduqları qollar sayəsində siyahının beşinci və altıncı pillələrini bölüşürlər.

Həmin siyahını təqdim edirik:

1. Lamin Yamal (İspaniya): İspaniya - Fransa 2:1 (9 iyul, yarımfinal);

2. Cud Bellinqem (İngiltərə): İngiltərə - Slovakiya 2:1 (30 iyun, 1/8 final);

3. Cerdan Şakiri (İsveçrə): Şotlandiya - İsveçrə 1:1 (19 iyun, ikinci tur);

4. Nicolaye Stançu (Rumıniya): Rumıniya - Ukrayna 3:0 (17 iyun, ilk tur);

5. Arda Güler (Türkiyə): Türkiyə - Gürcüstan 3:1 (18 iyun, ilk tur);

6. Mert Müldür (Türkiyə): Türkiyə - Gürcüstan 3:1 (18 iyun, ilk tur);

7. Fabian Ruis (İspaniya): İspaniya - Xorvatiya 3:0 (15 iyun, ilk tur);

8. Olli Uotkins (İngiltərə): Niderland - İngiltərə 1:2 (10 iyul, yarımfinal);

9. Mattia Zakkani (İtaliya): Xorvatiya - İtaliya 1:1 (24 iyun, üçüncü tur);

10. Xavi Simons (Niderland): Niderland - İngiltərə 1:2 (10 iyul, yarımfinal).



Son xəbərlər