09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Başqasının adına saxta profil açanları bu cəza GÖZLƏYİR - Hüquqi İZAH

Başqasının adına saxta profil açanları bu cəza GÖZLƏYİR - Hüquqi İZAH

Sosial şəbəkələrin zərərləri ilə yanaşı, onun mənfi cəhətləri də çoxdur. Həmin mənfi cəhətlərdən ən önəmlisi, sosial şəbəkə üzərindən saxtakarlıqla, böhtan və təhqiretməylə məşğul olanların sayının artmasıdır. Belə ki, bir çox hallarda sosial media istifadəçiləri məsuliyyətinin fərqinə varmadan, qarşı tərəfə təhqiramiz ifadələr yazır, şəxsiyyətini alçaldır, hətta kiminsə adına saxta profillər açaraq, onun şəkillərindən istifadə edirlər.


Bəs virtual dünya üçün Azərbaycan qanunvericiliyində məsuliyyətə cəlbetmə hansı maddələrlə həyata keçirilir?


Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsində saxta profillərin məsuliyyətindən bəhs olunur:


"148-1-ci maddə İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə adlanır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Ekspert qeyd edib ki, kibercinayətkarlığın araşdırılması ilə Dövlət Təhlükəsizliyi Xidməti, saxta profillərin açılması kimi işlərlə isə Daxili İşlər Nazirliyi məşğul olur:


"Yəni qanunvericiliyimizdə belə bir məsuliyyət var. Ona görə də, sosial şəbəkələrdə təhqirə, böhtana məruz qalan şəxs birbaşa polisə müraciət etməlidir".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница