05
января
2019
21:43
Bakıda bir ailə dəm qazından zəhərləndi
Goradil qəsəbəsində zəhərlənmə hadisəsi qeydə alınıb.
MAY.AZ oxu.az-a istinadən bildirir ki, Goradil qəsəbəsinin təxirə salınmaz tibbi yardım məntəqəsinə daxil olan məlumata əsasən, qəsəbə sakini 41 yaşlı Elnarə Aslanova və yeddi övladı dəm qazından zəhərlənib.
E.Aslanova və övladları təcili olaraq Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bu xəbəri saytımıza təsdiqləyib.
Qeyd edək ki, E.Aslanovanın 10 övladı var.
Toksikologiya Mərkəzindən verilən məlumata görə, E.Aslanovanın və övladlarının həyati təhlükəsi yoxdur.