05
января
2019
18:59
Azərbaycanda DONUZ QRİPİ HƏYƏCANI - 1 nəfər...
Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.
MAY.AZ xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: "Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb".
Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:
"Ölkədə nfeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda hələ ki yoxdur".