09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Aleksey Navalnının arvadından mühüm AÇIQLAMA - VİDEO

Aleksey Navalnının arvadından mühüm AÇIQLAMA - VİDEO
Müxalifətçi siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya videomüraciət yayıb və ərinin başladığı işi davam etdirmək niyyətində olduğunu açıqlayıb.


Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bundan əlavə, o, müxalifətçinin qətlinin səbəblərini tezliklə açıqlayacağını və onun ölümündə əli olanların adlarını açıqlayacağını vəd edib.


"Biz bu cinayəti kimin və necə törətdiyini mütləq öyrənəcəyik. Bütün adlar ictimaiyyətə açıqlanacaq və bütün üzlər göstəriləcək", - onun videomüraciətində deyilir.
Onun sözlərinə görə, o, Rusiyanı azad, dinc və xoşbəxt görmək istəyir. Navalnaya əmin edib ki, bu ideyanı həyata keçirmək üçün əlindən gələni edəcək.


Bu günlərdə Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransında çıxış edib. O, çıxışı zamanı dünya ictimaiyyətini Kreml rejimini məhv etmək üçün birləşməyə çağırıb. Müxalifətçinin dul arvadı Vladimir Putinin ərinin ölümünə görə məsuliyyət daşımalı olduğuna əmin olduğunu bildirib. O əlavə edib ki, Kreml rəhbəri tezliklə cəzalandırılacaq.


Rusiya hakimiyyəti Navalnının rəsmi ölüm səbəbinin tromboemboliya olduğunu deyir. Lakin bu versiya siyasətçinin komandası və ailəsi tərəfindən inkar olunur. Onlar əmindirlər ki, hakimiyyət onun ölümünün əsl səbəbini gizlətməyə çalışır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница