Четверг
янв 11

"Shaurma N1"də yanğın - Video - Yenilənib

Bakıda restoranda yanğın başlayıb.


BiG.AZ Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisində yerləşən "Shaurma N1" restoranının dam örtüyündə qeydə alınıb.


Hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.


FHN-dən "Qafqazinfo"ya bildirilib ki, yanğın ərazidəki yağ qalıqlarından başlayıb: "FHN-in qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir".


***


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.


Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.


***


FHN yanğınla bağlı daha bir məlumat yayıb.


Bildirilib ki, qurumun "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Shaurma N1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Shaurma N1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verməsi məlum olub.


Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Комментарии (0)

Оставить комментарий