Azərbaycan əhalisinə qaz limiti ilə bağlı YENİ XƏBƏR - LƏĞV olunacaq?
Xeberler 139

Azərbaycan əhalisinə qaz limiti ilə bağlı YENİ XƏBƏR - LƏĞV olunacaq?

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.


Bu təkliflə deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər qazı var.


Məsələ ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü Razi Nurullayev Refenars.az-a bildirib ki, qaz limitinin ləğv olunması insanların sosial həyatının yaxşılaşmasında müsbət rol oynaya bilər:


"Bizə bütün toplantılarda, bütün görüşlərdə vətəndaşlar müraciət edirlər ki, qaz limitinin aradan qaldırılması ilə bağlı nə isə edin. Vətəndaşlar bunu çox istəyir. Dünən hörmətli Tahir müəllim də komitə iclasında bu məsələni bir daha qaldırdı. Bu məsələ dəfələrlə parlamentdə qaldırılıb, amma hələ də olduğu kimi qalır. Hökumət belə düşünür ki, hazırda limitə qədər tətbiq olunan güzəşt kasıb əhalinin ehtiyacını tam ödəyə bilir. Amma açıq danışım ki, xeyr. Bu həmin ehtiyacı ödəmir".


Deputat qeyd edib ki, əhali hazırda mövcud olan limiti elə yanvar-fevral aylaına qədər bitirir. Onun sözlərinə görə, insanlar artıq may ayından başlayaraq daha artıq məbləğdə qaz xərclərini ödəyirlər: "Ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları olmayan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu olduqca məqsədəuyğun bir addım olardı".

Oxşar xəbərlər

Son xəbərlər