Суббота
ноя 04

Mina qurbanlarının ümumi sayı açıqlandı

"Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb".


"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.


V.Süleymanov bildirib ki, müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 min 938,1 hektar ərazinin təmizlənməsi təmin edilib: "Bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 min 514,7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 min 261,4 hektar, kənd təsərrüfatı üçün 53 min 78,4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3421 hektar, nəqliyyat infrastrukturu üçün 5759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 min 118 hektar, digər məqsədlər üçün 5784,8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 min 938,1 hektar ərazidən ümumilikdə 105 min 488 ədəd olmaqla, 30 min 539 piyada əleyhinə mina, 18 min 303 tank əleyhinə mina, 56 min 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib".

Комментарии (0)

Оставить комментарий