Понедельник
окт 30

Əxlaq polisi döyüb komaya salmışdı...Doğulduğu yerdə dəfni qadağan edildi!

İranda hicab taxmaqdan imtina etdiyi üçün metroda "əxlaq polisi"nin zorakılığına məruz qalaraq dünyasını dəyişən 16 yaşlı Armita Geravandın dəfn mərasiminin qarşısı alınıb.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, İranda hicab taxmaqdan imtina etdiyi üçün metroda "əxlaq polisi"nin zorakılığına məruz qalan və 28 gün komada qaldıqdan sonra dünyasını dəyişən 16 yaşlı Armita Geravand torpağa tapşırılıb.


Geravandin doğulduğu Kirmanşan Rojhilat şəhərində dəfn olunmasının qarşısı alındığı açıqlanıb. Armitanın ailəsi onun meyitini Kirmanşanda dəfn etmək istəsə də, hakimiyyət buna icazə verməyib.


Xatırladaq ki, "Hengaw" insan haqları təşkilatı Geravandın hicab qadağasını pozduğu səbəbilə 'əxlaq polisi' tərəfindən hücuma məruz qaldığını bildirib. İran rəsmiləri bu ittihamı rədd ediblər.

Комментарии (0)

Оставить комментарий