Rusiyalı fiqurlu konkisürən tərəf müqabilinin ayağını kəsdi
Hadisə / Dünya 126

Rusiyalı fiqurlu konkisürən tərəf müqabilinin ayağını kəsdi

Buz rəqsində birlikdə çıxış edən rusiyalı fiqurlu konkisürənlər Yelizaveta Şanaeva və Pavel Drozd Krasnoyarskda keçirilən Rusiya Qran Prisi seriyasının üçüncü mərhələsində baş verən xoşagəlməz hadisədən danışıblar.


Lent.az xəbər verir ki, Şanaeva ritmik rəqsdən əvvəl isinmə hərəkətləri edərkən İqor Yeremenko ilə duetdə çıxış edən Annabelle Morozovun ayağını təsadüfən konki ilə kəsib. Morozovun ayağına tikiş qoyulub. Zədələnmiş fiqurlu konkisürənin məşqçisi Anjelika Krılova bildirib ki, onun oyunçuları sərbəst rəqsdən geri çəkilməyəcəklər.

Oxşar xəbərlər

Son xəbərlər