15 yaşlı qızı əmisi oğluna ərə verənlər HƏBS EDİLDİ
Hadisə 96

15 yaşlı qızı əmisi oğluna ərə verənlər HƏBS EDİLDİ

İspaniyada qızlarını əmisi oğluna ərə verməyə hazırlaşan evli cütlük həbs edilib.


Lent.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.


Məlumatlara görə, həbs olunanlar məcburi nikaha salma, qəddar rəftar, sağlamlığa xəsarət yetirmə və "gender zorakılığı" məqsədi ilə insan alverində ittiham olunurlar.


Zərərçəkənin evdən yalnız məktəb dərslərinə getməsinə icazə verilib, valideynləri də onun məktəbdə oğlanlarla ünsiyyətdə olmamasına diqqət yetiriblər. Bundan əlavə, qızına müxtəlif hədə-qorxu ilə bütün ev işlərini görməyə və onların müəyyən etdiyi qaydalara uyğun geyinməyə məcbur ediblər. 15 yaşlı zərərçəkmişdən 11 yaş böyük olan şəxs də həbs edilib. Onun azyaşlı "gəlin"inə toya qədər onunla əlaqə saxlamaq üçün mobil telefon verdiyi üzə çıxıb.


Toyun yaxın zamanlarda planlaşdırıldığı bildirilir.


Üç məhbus Almeria məhkəməsi qarşısına çıxıb.

Oxşar xəbərlər

Son xəbərlər