Ətirşahın xeyirli xüsusiyyətləri
Tarixdə bu gün 125

Ətirşahın xeyirli xüsusiyyətləri

Ətirşah çiçəyinin yağı cavanlaşdırıcı, ağardıcı və tonuslaşdırıcı təsirə malikdir.
Ətirşah yağı hər bir dəri növünə çox gözəl təsir göstərir,üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir.
Dərinin hamar, elastik və cavan edir.
Ətirşah çiçəyinin qadınsayağı, yumşaq ətri sinir sistemi hüceyrələrini möhkəmləndirir.
Orqanizmə tonuslaşdırıcı təsir göstərir, bədəndən şlakları təmizləyir, limfa sistemini stimullaşdırır və antisellülit təsirə malikdir.
Latın dilində adı: Pelargonium Graveolens-dir.
Yaddaşa təsiri: Ətirşah yağı emosional vəziyyətə yumşaq təsir göstərmə, sakitləşdirmə, ağlayan zaman rahatlandırıcı, romantik əhval-ruhiyyə yaratmaq xüsusiyyətinə qadirdir. Yorğunluğu və əsəb gərginliyini götürür, depressiyadan çıxmağa yardımçı olur, əqli və fiziki aktivliyi yüksəldir, qorxu hissini azaldır.
Bundan əlavə, ətirşah yağı uşaqlara da yaxşı sakitləşdirici təsir göstərir, əsəbi və kaprizi azaldır.
Bu yağdan isifadədən sonra özünüzü rahat, sakit və gələcəyə inamlı arzular quran biri kimi hiss edəcəksiniz!
Ülkər Rəhmanqızı

Son xəbərlər