Tanınmış prodüser Təranə Səmədova məhkəmə zalında həbs edildi
Xeberler 890

Tanınmış prodüser Təranə Səmədova məhkəmə zalında həbs edildi

Tanınmış prodüser Təranə Səmədova məhkəmə zalında həbs edildi


İnsan alverində təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Son xəbərlər