30
сентября
2018
17:36
Bakıda avtoxuliqanlıq edən YPX işçiləri - VİDEO
28 sentyabr tarixində 23:30 radələrində paytaxtın "Neftçilər" prospektində son zamanlar adları daha çox ən adi manevr etmə qaydası pozan sürücüləri "avtoxuliqanlıqda" ittiham etməkdə hallandırılan Nəsimi rayonu DYP idarəsinə məxsus iki xidməti avtomobil videoregistratorun görüntülərinə düşüb.
MAY.AZ avtosfer.az-a istinadən xəbər verir ki, dövlət qeydiyyat nişanı görünməyən ilk avtomobil qaydaları pozsa da sayrışan işıqlarını yandırıb. Amma qanunla operativ nəqliyyat vasitəsi bu hallarda həm səs siqnalını qoşmalı, həm də sayrışan işıqlarını yandırmalıdır. 99 YP 274 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə qaydaları çox kobud şəkildə pozur və digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə yaradır. Bu zaman nə səs siqnalını, nə də sayrışan işıqları qoşmur. Halbuki digər sürücülər bu şəkildə avtomobil idarə etsəydi çox güman ki, həmin əməkdaşlar onları saxlayıb avtoxuliqan kimi duracağa aparacaqdılar.
YPX əməkdaşları deyə bilər ki, hadisə yerinə tələsir. Amma yol polisi istənilən halda digər hərəkət iştirakçılarına nümunə olmalıdır.
Sözügedən videogörüntüləri təqdim edirik: