Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə isə... - TƏFƏRRÜAT
Xeberler 556

Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə isə... - TƏFƏRRÜAT

Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə isə... - TƏFƏRRÜAT


Nəsimi Rayon Məhkəməsində parkinqdə yer üstündə vətəndaşı döyən və polis əməkdaşına müqavimət göstərən şəxsin həbs müddətinin uzadılması məsələsinə baxılıb.

MAY.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müstəntiqin vəsatəti təmin olunub.

Xatırladaq ki, mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

Fərhad Ağayevin ailə üzvlərinin bildirdiyinə görə, hazırda vəziyyəti stabil ağırdır:

“ Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik”.

Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

“Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə “Galendwagen” idarə edən bir adam necə xəstə ola bilər? ” – deyə zərərçəkənin ailəsi bildirib.

Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilmiş və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
“İnsan törətdiyi əməldən peşman olmayıb. Təsəvvür edin ki, zərbə vurduğu insan yerdə qan içində vurnuxur, həmin adamın ailə üzvləri fəryad edir, o isə “zəng vurun 103-ə meyitini aparsınlar” deyir. Fərhad xəstəxanaya qardaşı tərəfindən çatdırılıb.
Cinayəti törətdikdən sonra gedib yatıb. Polis onu aparanda yuxudan oyadıb.

Anar Mehdiyev, tək zərərçəkənlə deyil, Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib”, - deyə ailə üzvü bildirib.

A.Mehdiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Son xəbərlər