01
сентября
2018
16:01
Vəbaya yoluxanların sayı 74 nəfərə çatdı
Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb.
MAY.AZ yenicag.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb. Xəstəliyinə yoluxmaqda şübhəli bilinən 88 nəfər isə 4 əyalətin xəstəxanasına yerləşdirilib. Daha əvvəl xəstəlikdən 2 nəfərin öldüyü deyilirdi.
56 nəfər isə paytaxtdan 60 kilometr cənubda yerləşən Blid əyalətində vəbaya yoluxub.
Qeyd edək ki, daha əvvəl ölkədə 2 nəfərin bu xəstəlikdən öldüyü bildirilib.