Пятница
июл 15

İşıq pulu nə qədər və niyə artırıldı?

İşıq pulu nə qədər və niyə artırıldı?


Xəbər verdiyimiz kimi bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

May.Az xəbər verir ki, iclasda “Azərişıq” ASC və “Azərenerji” ASC-nin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Pərakəndə satılan elektrik enerjisinin qiymətinin 0,01 manat (1 qəpik) artması aylıq işıq puluna ciddi təsir göstərir. Belə ki, hazırda mövsümü nəzərə alaraq orta aylıq pərakəndə elektrik sərfiyyatı 500 kilovat/saat hesab edilir ki, bu da aylıq olaraq 35 manat elektrik borcuna gətirib çıxarır. Hansı ki, bu göstərici əvvəlki dövrdə 30 manat olaraq hesablanırdı.

Müəmmalı tərəfi isə budur ki, “Azərişıq” ASC –nin 750 mln. ABŞ dolları (1 mlrd. 200 mln. manat) xarici borclanmaya getdikdən sonra tarifin artırılması sözügedən borcun əhalidən toplanmasını göz önünə qoyur./1xeber.com/

Комментарии (0)

Оставить комментарий