Səhiyyə Nazirliyindən iş adamlarına MÜRACİƏT
Xeberler 748

Səhiyyə Nazirliyindən iş adamlarına MÜRACİƏT

Səhiyyə Nazirliyindən iş adamlarına MÜRACİƏT


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarına müraciət edib.

MAY.AZ bildirir ki, Mərkəzdən bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir:

"13 noyabr 2017-ci il tarixli 1681 nömrəli "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"nin 3.0.33-20-ci yarımbəndinə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Buna əsasən ekspertizasının həyata keçirilməsi məqsədilə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalına icazə verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunması məqsədəmüvafiq hesab olunur".

Son xəbərlər