29
июля
2018
12:19
Gəlinliklərə olan tələbat artıb - QİYMƏTLƏR - VİDEO
Yay ayları olmasına baxmayaraq, gəlinliklərə olan tələbat dəyişməyib. Mağazalarda kifayət qədər gəlinlik də var, alıcısı da...
MAY.AZ xezerxeber.az-a istinadən bildirir ki, hətta satıcılar deyirlər ki, müştəri qış mövsümü ilə müqayisədə yayda daha çox olur. Gündə ən azı 20-30 gəlinlik kirayə verirlər. Qiymət isə model və materiala görə dəyişir.
Satıcılar deyirlər ki, gəlinliklər əsasən Türkiyə, Ukrayna və Polşadan gətirilir. İstanbuldan gətirilən gəlinliklər əl işləməsi olduğu üçün müştərilərə daha baha qiymətə təklif olunur. Alıcılar isə nisbətən ucuz qiymətə olan gəlinliklərə üstünlük verirlər.
Mağazalarda bahalı modellər bir neçə dəfə istifadə edildiyindən müştərilərə daha ucuz qiymətə təklif olunur.
Müştərilər ticarət mərkəzlərində yerləşən gəlinlik mağazalarındakı qiymətlərin daha münasib olduğunu deyirlər. Onlar şəhərin müxtəlif ərazilərində yerləşən butiklərdən şikayətçidir.
Mağazalarda olan modellər 3 aydan bir yenilənir.