Azərbaycanda yollar nə vaxt ödənişli ola bilər?
Xeberler 676

Azərbaycanda yollar nə vaxt ödənişli ola bilər?

Azərbaycanda yollar nə vaxt ödənişli ola bilər?


Hazırda ölkəmizdə ödənişli ola biləcək yol, hələ ki, yoxdur. Çünki qanunda qoyulan 2 vacib şərt təmin eilməlidir.

Bu barədə yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert həmin şərtlərin nədən ibarət olduğunu açıqlayıb: "Birincisi, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Yəni iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz. İkincisi, ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır. Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən yol) tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil".

Oxşar xəbərlər

Son xəbərlər