200 manatlıq əskinaslar niyə dövriyyədə deyil?
Xeberler 685

200 manatlıq əskinaslar niyə dövriyyədə deyil?

200 manatlıq əskinaslar niyə dövriyyədə deyil?


Ötən ay dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir.

MAY.AZ oxu.az-a istinadənxəbər verir ki, nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir.

Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Yəni portmanatlarının bir cibində kimlərəsə belə nominala sahib olduqlarını göstərmək məqsədilə saxlayırlar.

Xatırladaq ki, Mərkəzi Bank sədri bankların istənilən həcmdə sifariş yerləşdirib 200 manatlıq əskinasları təhvil ala biləcəyini söyləmişdi. Həmçinin bildirmişdi ki, bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2% müəyyən edilib.

Görünür, digər əskinaslar üçün 0,1% tarif dərəcəsinin mövcud olması bankları 200 manatlıq əskinas almağa maraqlı etmir.

Kimdə 200 manatlıq əskinas var?

Əvvəlcə müştəri kimi bankların kassalarına müraciət etdik. Bildirdilər ki, onlarda 200 manatlıq əskinas yoxdur. Market və dükanlardan da eyni cavabı aldıq.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 200 manatlıq əskinasların iyun ayında dövriyyəyə buraxılmasına baxmayaraq, çoxları bu əskinasları görməyib:

"Bu da praktik olaraq, əskinasların dövriyyədə payının az olması və ya az nominalın buraxılması ilə bağlıdır. Digər tərəfdən, 200 manatlıq əskinasların buraxılmasına ehtiyac və tələb yox idi".

Ekspert deyir ki, 200 manatlıqların dövriyyəyə buraxılması pul bazasında heç nəyi dəyişməyib:

"Hesablaşmalara təsir etməyib. Belə ki, 100 manatlıq nominalların dövriyyəsini azaltmayıb. Baxmayaraq ki, 200 manatlıq əskinasların buraxılmasını Mərkəzi Bank zəruri hesab edirdi".

Onun sözlərinə görə, indiki məqamda irinominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur.

Oxşar xəbərlər

Son xəbərlər