Azərbaycanda yumurta və toyuq ətinin qiyməti KƏSKİN QALXDI - Dollar bahalaşacaqmı?
Xeberler 773

Azərbaycanda yumurta və toyuq ətinin qiyməti KƏSKİN QALXDI - Dollar bahalaşacaqmı?

Azərbaycanda yumurta və toyuq ətinin qiyməti KƏSKİN QALXDI - Dollar bahalaşacaqmı?


Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib. Növbəti hansı qida məhsullarının qiymətində bahalaşma gözlənilir? Bir çox iqtisadçılar bu bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. Bundan əlavə əhali arasında dolların bahalaşması ilə bağlı dedi-qodu da gəzir. Həqiqətənmi dolların bahalaşacağı üçünmü ölkəmizdə qida məhsulların qiymətində artım müşahidə olunur?

Bununla bağlı MAY.AZ-a açıqlama verən deputat Vahid Əhmədov bildirib ki, dollar müəyyən ölkələrdə öz dəyərini artırır və ya azaldır: “Azərbaycanda elə məhsullar var ki, digər ölkələrdən idxal edilir. Rusiyada, Türkiyədə milli valyuta dəyərdən düşüb. Bu dövlətlərdən ölkəmizə məhsul idxal edilir. Qiymətlərin bahalaşması da bu səbəbdən ola bilər. Çünki bu dövlətlərdən məhsullar dollar və avro ilə alınır. Məhz buna görə məhsulların qiymətində müəyyən dəyişikliklər ola bilər".

Deputat vurğulayıb ki, digər ölkələrdə dolların bahalaşması Azərbaycana o qədər də təsiri yoxdur: “Çünki ölkəmizdə dolların qiyməti üzən məzənnə ilə tənzimlənir. Neftin qiyməti yüksəkdir. Bu qiymət bizi qane edir. Bundan əlavə Mərkəzi Bank tərəfindən də müəyyən nəzarət var. Ona görə də düşünürəm ki, hələlik milli valyutamız stabil olaraq qalacaq”.

Aysel Yusifqızı

Oxşar xəbərlər

Son xəbərlər