09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

25 oktyabr: Qubadlı həsrətinin vüsala qovuşduğu gün

25 oktyabr: Qubadlı həsrətinin vüsala qovuşduğu gün
İki il öncə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri tərəfindən Cəbrayıl, Zəngilan və Füzulini işğaldan azad etdildən sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən Qubadlı əməliyyatı oktyabrın 25-də Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərinın alınması və strateji yüksəkliklərin ələ keçirilməsi ilə nəticələndi. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri düşməndən təmizləndi.
30 min əhalisi, 94 yaşayış məntəqəsi, böyük sayda yaşayış və inzibati binası, mədəni, tarixi və dini abidələri, sosial obyektləri olan Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, rayonun maddi nemətləri talan edilərək Ermənistan və İrana daşınmış, sakinlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdilər.
Qalibiyyətli Vətən Müharibəsi nəticəsində oktyabrın 25-də Qubadlı işğaldan azad edidi. 2020-ci il noyabrın 26-da " Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 25 oktyabr 2021-ci ilə ölkə başçısının Qubadlıya növbəti səfəri oldu. Həmin səfər zamanı cənab Prezident Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Qubadlı" yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edərək Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Artıq Qubalının bərpası işləri sürətlə həyata keçirilir. Bu işlərin gedişatı ölkəmizin müxtəlif güşələrində məcburi köçkün həyatı yaşayan qubadlıların döğma yurd-yuvalarına qayıdışına kömək edəcəkdir.

Fuad Heydər - politoloq

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница