Среда
июл 04

Məşhurun oğlu intihar etdi; evində özünü güllələdi

Məşhurun oğlu intihar etdi; evində özünü güllələdi


Dünya şöhrətli müğənni Tina Ternerin oğlu intihar edib.

BAKU.WS xarici KİM-ə istinadən xəbər verir ki, sənətçinin böyük oğlu 59 yaşlı Kreyq Reymond dünən Kaliforniyadakı evində özünü güllələyib.

Tina Kreyqi 18 yaşında musiqiçi Reymond Hilldən dünyaya gətirib. Kreyqə müğənninin ikinci həyat yoldaşı Ayk Terner atalıq edib. Tina Aykla evliliyindən ikinci oğlu Ronald Terneri dünyaya gətirib.

Məlumata görə, 78 yaşlı Tina Terner hazırda Parisdə keçirilən Yüksək moda həftəsində iştirak edib.

Zülfiyyə Qurbanova

Комментарии (0)

Оставить комментарий