04
июля
2016
23:58
20 gündür yoxa çıxan 3 uşaq anası tapılmır: "Ərinə xəyanət edib"
İyunun 14-də Tovuzun Öysüzlü kəndində iki uşaq anası, 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb.
May.Az bildirir ki, Aytəkin Quliyevanın atası Məzahir Quliyevin azvision.az-a bildirdiyinə görə, hadisədən 20 gün ötməsinə baxmayaraq, qızından hələ də bir xəbər yoxdur:
"Ötən gün rayon prokurorunun qəbulunda oldum. Bildirdi ki, axtarışlar davam edir. Mən bir ata kimi övladımın öldürülməsindən şübhələnirəm. Heç bir ana 20 gün 3 balasından uzaq qal bilməz. Qızımı bəlkə də öldürüb, basdırıblar. Aytəkinin axtarışı ilə bağlı telekanallara müraciət etmişik. Efir vasitəsilə onun axtarışlarını davam etdirəcəyik".
Qeyd edək ki, gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov Aytəkin Quliyevanın başqa bir oğlana qoşulub qaçdığını bildirmişdi.
"Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq".
Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.