23
марта
2018
21:35
Şəxsi məlumatlarımızı oğurlayan şirkət hansı şirkətdir?
Donald Trampın seçki kampaniyasında yaxından iştirak edən "Cambridge Analytica" adlı şirkət 50 milyondan artıq facebook istifadəçisinin məlumatlarını əldə edib.
BAKU.WS saytının əldə etdiyi məlumata görə, şirkət "Əks cinsdən olsanız, necə görünərdiniz", "Hansı tarixi şəxsiyyətsiniz", "Neçə faiz hansı millətdənsiniz" bənzəri testlər yaradıb, öz razılığımızla məlumatlarımıza yiyələnib.
Qalmaqal üzə çıxdıqdan facebook 10 faiz - təxminən 50 milyard dollar dəyər itirib. Mark Zukerberq özü isə son bir həftədə 7 milyard yarım ziyana düşüb.
Nihat HÜSEYNZADƏ