Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb
Hadisə 682

Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb


Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.

BAKU.WS xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Son xəbərlər