14
января
2018
17:10
Xəstəxanaya düşən İsa Qəmbərin son vəziyyəti
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ürəində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib.
BAKU.WS “Qafqazinfo”ya istionala xəbər verir ki, Müsavat başqanı Arif Hacılı Feysbuk hesabında İsa Qəmbərlə xəstəxanada çəkilmiş fotosunu paylaşıb.
Onun sözlərinə görə, partiyanın keçmiş başqanı yaxın günlərdə xəstəxanadan evə buraxılacaq: “İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgüclənləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq”.