01
декабря
2017
20:04
Ümumdünya QİÇS-lə mübarizə günüdür - 1 dekabr
Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür.
May.az-ın məlumatına görə, bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib.
Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur.
Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. 1987-ci ildən 2016-cı ilin martın sonunadək İİV-lə yaşayan 4815 nəfər rəsmi qeydiyyata alınıb. Onlardan 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. Ötən ilin statistikasına görə, QİÇS mərhələsində olan vətəndaşların sayı 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayının 744 nəfərdir
Qeyd edək ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.