Sabahın hava proqnozu açıqlandı
Xeberler 1 029

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Oxşar xəbərlər

Son xəbərlər