“Uşaq haqqında nə demişəmsə, düz demişəm” - İşdən çıxarılan baş həkim
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir. Amma burada digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini