Dünyada çox gözəl əsərlər yaradan rəssamların sayı getdikcə artır, lakin hər kəs ətraf aləmi realistik əks etdirməyi bacarmır. BiG.AZ xarici mətbuata istinadən oxucuları Nigeriyadan olan Meyor Olajide adlı rəssamın əsərləri ilə tanış etmək istəyir. Ən maraqlısı odur ki, Olajide bu rəsmləri boya, yaxud qələmlə yox, kömürlə yaradır. Kömür qələmlərdən istifadə etdiyi üçün onun əsərləri ağ-qaradır
Bakıda köhnə binalar sökülüb yerində parklanma üçün ərazilər salına bilər. BiG.AZ APA-Economics-a istinadla xəbər verir ki, bunu nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədr müavini Fərhad Əyyubov bildirib. "Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında çoxlu avtobus qarajları mövcud idi. Sonra bunların hamısını söküb
Rusiyanın əməkdar artisti Janna Epple məhkəməyə verilib. BiG.AZ lenta.ru-ya istinadən xəbər verir ki, buna səbəb aktrisanın 204 min avro borcu olub. Məlumata görə, aktrisaya borc verən şəxs onun köhnə tanışı olub. Belə ki, aktrisa borcu ev almaq məqsədilə götürüb. Kreditin ümumi məbləği 154 min avro təşkil edib. Epple isə bunun üçdə birini ödəyə bilib. O, ödəməni dayandırdıqdan sonra tanışı onu
Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19°
2023-cü ildə buraxılacağı deyilən "iPhone 15 Pro" və "15 Pro Max" flaqman smartfonlarının yenilənmiş prosessoru və təkmilləşdirilmiş kamerası olacaq. BiG.AZ xəbər verir ki, bu barədə "TrendForce" analitika şirkətinin hesabatında məlumat verilib. Analitiklərin proqnozlarına görə, "Apple" gələn il "iPhone 15"in 4 modelini təqdim edəcək. Hər iki
Amerikalı müğənni Keti Perri konsert zamanı göz tikinə görə pis vəziyyətə düşüb. Bununla bağlı yayılan kadrlarda görünür ki, 38 yaşlı məşhurun gözünün biri qeyri-ixtiyari bağlanır. O, əli ilə gicgahından basaraq bunun qarşısını almaq istəsə də, səyi uğursuz olur. Keti Perri məcburiyyət qarşısında qalaraq səhnəni tərk edir. Pərəstişkarlarından bəziləri ulduzun xəstəliklə üzləşdiyini, digərləri
Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında sədr seçkisinin nəticəsi bu dəfə də dəyişməz olaraq qaldı. BiG.AZ xəbər verir ki, qocaman yazıçı Anar Rzayev yenidən AYB-nin sədri seçilib. Xatırladaq ki, Anar Rzayev 1987-ci ildən etibarən quruma sədrlik edir.
Amerikalı dizayner ilk at ayaqqabısı markasını təqdim edib. Markus Floyd atlar üçün idman ayaqqabılarının yaradılması üzrə ixtisaslaşacaq özəl "Horse Kicks" brendinin istifadəyə verildiyini elan edib. Qeyd edək ki, ayaqqabıların forması atın dırnaqlarına uyğunlaşdırılıb. Yeni nallar ilk dəfə 4 və 5 noyabrda Kentukkidə keçiriləcək "Breeders' Cup" at yarışında sınaqdan
Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib. Axşam.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. "O, oktyabrın 25-dən 26-sına keçən gecə, gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq
Türkiyənin ustad aparıcısı Halit Kıvanç dünyasını dəyişib. OLAY yazır ki, bununla bağlı Türk mediası məlumat yayıb. Bildirilib ki, Kıvanç 97 yaşında vəfat edib.
Tovuzda iki ev qarət olunub. BiG.AZ Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay Cem Özerlə olan evliliyindən dünyaya gələn oğlu Osman Nejat Özerin fotosunu paylaşıb. BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, o, "Instagram"ın hekayə bölməsində 17 yaşlı oğlunun fotosunu yerləşdirib.