Rəfiqələrin kişi üstündə mübahisəsi baltalanma ilə bitdi

Rusiyada, Kemerovo vilayətinin məhkəməsi 42 yaşlı qadını rəfiqəsini qətlə yetirməkdə təqsirli bilərək 7 il yarım müddətinə koloniyada cəza çəkməyə məhkum edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Məhkəmənin müəyyən etdiyi kimi, 2021-ci ilin avqustunda cinayətin qurbanı rəfiqəsini ziyarət edib. Qadınlar spirtli içki içiblər və qonaq qəfildən onun keçmiş

Ötən il 15-29 yaşda olan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir. Qeyd olunub ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Həmçinin gənclərin 47,5 faizini qadınlar təşkil

Haiti həbsxanasından 145 qadın məhbus qaçıb

Haitinin qərbindəki Kabare qadın həbsxanasından təxminən 145 məhbus qaçıb. Ümumilikdə, islah müəssisəsində 230 məhbus olub ki, kütləvi qaçışdan sonra kameralarda cəmi 85 nəfər qalıb. Qaçan üç məhbus bir neçə saat sonra Haiti Milli Polisi tərəfindən yenidən həbs edilib və həbsxanaya qaytarılıb. Yerli KİV-in məlumatına görə, qaçış ərazidəki polis nəzarət-buraxılış məntəqəsinə silahlı basqınla eyni

Duman olacaq, külək əsəcək – PROQNOZ

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən May.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti

Qrip epidemiyası dünyanı qorxuya salıb: “Qışda “virus fırtınası olacaq”

Avstraliyada sürətlə yayılan qrip epidemiyası digər ölkələrdə təşvişə səbəb olub. Sfera.az bildirir ki, mütəxəssislər H3N2 ştamının bu il bir çox ölkədə sürətlə yayılacağı və bunun böhrana səbəb olacağını deyiblər. Artıq Böyük Britaniya son illərin ən böyük epidemiyasına hazırlaşmağa başlayıb. Qeyd olunub ki, mövsümi qrip koronavirusla birləşərək bu qış böyük fırtınaya çevriləcək. Mütəxəssislər,

Əfsanə, səngər generalı – ONU TANI

Ona əfsanə general deyirdilər. Hə, sözün həqiqi mənasında bir əfsanəydi. Ona səngər generalı deyirdilər. Yəqin bildiniz, Lent.az “Onu tanı”da bu dəfə general-mayor Polad Həşimovdan danışacaq. Hə, o, dəftərxana, kabinet generalı deyildi. 17 yaşında səngərlərə girdi, Səngərdə də bitdi ömrü – general kimi. Həmin gün onun şəhid xəbərini general Kərəm Vəliyev elan etdi dərin hüznlə. Prezident İlham

Azərbaycan Ordusunun xidmət rəisi HƏBS EDİLDİ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib. BiG.AZ xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində

Anasının ölümünə dözməyib özünü asdı

Neftçalada intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə rayonun Bankə qəsəbəsində baş verib. 55 yaşlı Kərimov Natiq Bahadır oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq, həyatına son qoyub. İlkin ehtimala görə, N. Kərimov anasının ölümündən sarsıntı keçirib. O da bu səbəbdən özünü asıb. Faktla bağlı araşdırma aparılır.

500 qram yazıb, 450 qram çörək satanlarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Bizim Market"də satılan, "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması faktı müəyyən edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. Məsələ ilə bağlı BiG.AZ-a danışan Azad